İpoteka və Kredit Zəmanəti Fondu 40 mln. manat cəlb edir

Gündəm 13 oktyabr 2021, 14:16

Məlumata görə, 13 oktyabr 2021-ci il tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondu ASC-nin ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.

İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir :

Qiymətli kağızın ISIN kodu AZ2054008688
Emissiya həcmi 40,000,000 manat
Nominal qiyməti 1,000 manat
Hərrac qiyməti 1,000 manat
İstiqrazların tədavül müddəti 26 il (9360 gün)
Faiz dərəcəsi 3 %
Faiz gəlirinin ödəniş müddəti 6 aydan bir (180 gün)
Anderrayter “İnvest-AZ İ.Ş” QSC

 

Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin ediləcəkdir.

İKZF-in ipoteka istiqrazlarının emissiya prospekti BFB-nin internet saytının (www.bfb.az) “Emitentlər” bölməsində yerləşdirilmişdir.

DİGƏR XƏBƏRLƏR

Loading
Top