ABŞ noyabrda neft hasilatını artıracaq

Neft qaz 19 oktyabr 2021, 16:01

ABŞ Energetika Nazirliyinin proqnozlarına görə, noyabrda ölkədə əsas istehsalat sahələrində (hasilatın əsas hissəsi şist neftinin payına düşür – red.) neft hasilatı artacaq.

Karvannews.com-un ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasına (EIA) istinadən verdiyi məlumata görə, ən iri yataqlarda ortalama gündəlik neft hasilatı 77 min barel və ya 0,9% artaraq 8,219 mln. barelə çatacaq.

Məlumata görə, hasilat üzrə əsas artım "Permian", "Eagle Ford", "Appalachia” və "Niobrara" yataqlarının payına düşəcək.

DİGƏR XƏBƏRLƏR

Loading
Top