Göygöl-Daşkəsən KOBİM tərəfindən turizm sahəsində silsilə təlimlər keçirilir

İqtisadiyyat və biznes 21 oktyabr 2021, 17:00

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) KOB inkişaf mərkəzləri tərəfindən mikro, kiçik və orta sahibkarların biznes sahəsində biliklərinin və məlumatlığının artırılması üçün təlim və məsləhət xidmətləri göstərilir. 

Göygöl-Daşkəsən KOB İnkişaf Mərkəzi tərəfindən Göygöl rayonunda turizm sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün silsilə təlimlərə başlanılıb.

Təlimlərin məqsədi regionda fəaliyyət göstərən ictimai iaşə, restoran, otel, kənd turizmi və digər oxşar sahələrdə fəaliyyət göstərən KOB subyektlərinin inkişafına, eləcə də turizm obyektlərinin rəhbər və işçi heyətinin hazırlıq səviyyəsinin artırılmasına, turizm sahəsində kadr potensialının inkişafına dəstək olmaqdır. 

Təlimlər pandemiya ilə bağlı qaydalara uyğun olaraq kiçik qruplar şəklində turizm müəssisələrində təşkil olunur. Təlimlərdə beynəlxalq səviyyəli turizm mütəxəssisi Emre Yamac tərəfindən müştərilərlə ünsiyyət, qonaqpərvərlik, menyunun təqdimatı, müştəri etirazlarının qarşılanması, müştəri tipləri və onlarla işləmə və s. istiqamətlərdə məlumat verilir, iştirakçıların sualları cavablandırılır. 

Qeyd edək ki, KOB inkişaf mərkəzləri tərəfindən sahibkarlara göstərilən bütün xidmətlər ödənişsizdir. 

DİGƏR XƏBƏRLƏR

Loading
Top