Azərbaycan və Qazaxıstanın investisiya holdinqləri arasında memorandum imzalanıb

İqtisadiyyat və biznes 21 oktyabr 2021, 14:45

Azərbaycan İnvestisiya Holdinqi (AİH) ilə Qazaxıstanın “Samruk-Kazyna” investisiya holdinqi arasında qarşılıqlı əməkdaşlığa dair memorandumu imzalanıb.

AİH-dən verilən məlumata görə, sənəd AİH-in baş direktoru Ruslan Əlixanovun rəhbərlik etdiyi nümayəndə heyətinin Qazaxıstana işgüzar səfəri çərçivəsində imzalanıb. Sənədi “Samruk-Kazyna”nın icraçı direktoru Almassadam Satkaliyev və AİH-in baş direktoru Ruslan Əlixanov imzalayıblar.

Görüş zamanı tərəflər nəqliyyat-tranzit, enerji, infrastruktur və digər sahələrdə əməkdaşlığı, hər iki ölkənin sənayeləşməsini və insanların rifahını yaxşılaşdırmaq strategiyalarını müzakirə ediblər.

R. Əlixanov sözlərinə görə, imzalanan sənəd ölkələr arasında mövcud olan əlaqələri daha da möhkəmləndirilməsində həlledici rol oynayacaq, qarşılıqlı səyləri gələcəkdə həm AİH, həm də “Samruk-Kazyna” üçün uğurlu nəticələr verəcək.

Öz növbəsində, A. Satkaliyev qeyd edib ki, imzalanan memorandumun hər iki təşkilat arasında keyfiyyətcə yeni bir əməkdaşlığa yüksəlməyə imkan verəcək və ölkələrin iqtisadi artımını təmin edəcək.

Səfər proqramı çərçivəsində AİH nümayəndə heyəti “Baiterek” Milli İdarəetmə Holdinqinin rəhbərliyi ilə də görüşüb, bank və maliyyə sektorlarında potensial əməkdaşlığı müzakirə edib.

Xatırladaq ki, 2008-ci ildə Qazaxıstan Prezidentinin Fərmanı ilə təsis olunan “Samruk-Kazyna” Səhmdar Cəmiyyəti Qazaxıstanın milli rifahını yaxşılaşdırmaq və gələcək nəsillər üçün uzunmüddətli davamlılığı təmin etmək məqsədi daşıyan investisiya holdinqidir.

DİGƏR XƏBƏRLƏR

Loading
Top