“Rebuild Karabakh” Sərgisində KOBİA-nın stendi iş adamları tərəfindən maraqla qarşılanır

Gündəm 21 oktyabr 2021, 18:01

Bakı Ekspo Mərkəzində "Rebuild Karabakh" - 1-ci Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" Sərgisi öz işini davam etdirir. Sərgidə işğaldan azad edilmiş ərazilərimizin inkişafı üçün müxtəlif layihə, səmərəli həllər və məhsullar təqdim edilir.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) stendi də yerli və xarici iş adamları və sərgi ziyarətçiləri tərəfindən maraqla qarşılanır. Agentliyin stendində iş adamlarının işgüzar görüşləri keçirilir, Qarabağa investisiya qoyuluşunda maraqlı olan sahibkarların müraciətləri qəbul olunur. Eyni zamanda stenddə KOBİA, TÜİB və TİKA təşkilatlarının birgə dəstəyi ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində həyata keçirilən suvenir istehsalı müəssisəsi və istixana təsərrüfatı barədə məlumat verilir.

DİGƏR XƏBƏRLƏR

Loading
Top