Qənirə Paşayeva Paşa Kərimovla görüşüb

Gündəm 24 noyabr 2021, 15:36
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Pof.Dr. Paşa Kərimovla görüşüb.

Karvannews.com xəbər verir ki, AMEA Əlyazmalar İnstitutunun direktor müavini, ədəbiyyatşünas Paşa Kərimovla görüşdə, onun mərhum atası, XX yüzil Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, bu il 90 yaşı tamam olmuş Əli Kərimin seçilmiş əsərlərinin müxtəlif dillərdə nəşri və yubiley mərasiminin keçirilməsi müzakirə edilib.

Komitə sədri şairin yubileyinin qarşı ayda, onun adını daşıyan Poeziya Klubunda keçirilməsini təklif edib və bildirib ki, yubiley mərasiminədək şairin seçilmiş əsərləri də Komitənin mənəvi dəstəyi ilə nəşr olunacaq.

Prof.Dr. Paşa Kərimov görüş və atasının yubileyi ilə bağlı təşəbbüslər üçün Komitə sədrinə təşəkkür edib.
Görüşdə Əli Kərim adına Poeziya Klubunun direktoru, şair-tərcüməçi İbrahim İlyaslı iştirak edib.

DİGƏR XƏBƏRLƏR

Loading
Top