ABŞ-ın kommersiya neft ehtiyatları yenidən artıb

Neft qaz 25 noyabr 2021, 11:32

Ötən həftənin yekunlarına görə, ABŞ-ın kommersiya nefti ehtiyatları 1 017 min barel artaraq 434 019 min barel təşkil edib.

Karvannews.cpm-un məlumatına görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilir.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 481 min barel azalacağını proqnozlaşdırırdı.

ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

DİGƏR XƏBƏRLƏR

Loading
Top