Təhsil krediti ala biləcək tələbələrin sayı açıqlanıb

Gündəm 25 noyabr 2021, 13:51
"Azərbaycanda 146 373 tələbə ödənişli əsasla təhsil alır".
Bunu təhsil nazirinin müavini İdris İsayev təhsil tələbə kreditlərinin (TTK) verilməsi ilə bağlı keçirilən brifinqdə deyib.

Nazir müavini bildirib ki, həmin tələbələrdən 98 430 nəfəri bakalavriat, 12 051 nəfəri magistratura, 35 892 nəfəri isə subbakalavriat üzrə təhsil alır: "Ödənişli təhsil alan 146 mindən çox tələbənin 20 200 nəfəri dövlət hesabına oxuyur. Onlardan da 17 500-ü bakalavr, 1 200-ü magistr, 1 500-ü subbakalavrdır".
İ.İsayev qeyd edib ki, ödənişli əsaslarla oxuyan tələbələrdən təhsil haqqı ödəyənlərin sayı 126 173 nəfərdir: "Onlardan 80 930-u bakalavr, 10 851-i magistr, 34 392 nəfəri isə subbakalavrdır".
O eyni zamanda ödənişli əsaslarla təhsil alanlardan TTK almaq hüququ olanların sayını da açıqlayıb. Onun sözlərinə görə, bu hüquqa malik olan tələbələrin sayı 56 208 nəfərdir: "Onlardan 40 465 nəfəri bakalavr, 5 426-sı magistr, 10 317-si isə subbakalavrdır".report
 

DİGƏR XƏBƏRLƏR

Loading
26 noyabr 11:20
Top