Sahibkarlarla mənşə sertifikatı ilə bağlı çətinliklər müzakirə olunub

İqtisadiyyat və biznes 25 noyabr 2021, 15:40

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin təşkilatçılığı ilə Xaçmaz şəhərində sahibkarlarla görüş keçirilib.

Karvannews bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

İqtisadiyyat Nazirliyinin və tabeliyindəki qurumların nümayəndələrinin iştirak etdiyi görüşdə mənşə sertifikatlarının verilməsi zamanı yaranan çətinliklərlə əlaqədar Dövlət Xidmətinə daxil olan müraciətlər müzakirə edilib. Məlum olub ki, sahibkarlar tərəfindən qaldırılan əksər məsələlər malın mənşəyinin təyin edilməsi üçün tələb olunan sənədlərin tam təqdim olunmaması, ixracatçıların mal istehsalçısı olmadığı təqdirdə elektron alış aktlarının və ya elektron qaimələrin təqdim və ya düzgün tərtib etməməsi ilə əlaqədardır. Bu cür anlaşılmazlıqların aradan qaldırılması istiqamətində sahibkarlara müxtəlif təlimatlar verilib.

DİGƏR XƏBƏRLƏR

Loading
Top