Azərbaycan Türkiyədən quru çay idxal edəcək

İqtisadiyyat və biznes 26 noyabr 2021, 12:02

Azərbaycanın Türkiyədən quru çay idxal etməsi ilə bağlı iki ölkənin şirkətləri arasında müqavilə imzalanıb.

Türkiyə mətbuatı xəbər verir ki, bu barədə qonşu ölkənin çayçılıq müəssisələrini birləşdirən "Çaykur"un baş direktoru Yusuf Ziya Alim məlumat verib.

"Azərbaycanlı qardaşlarımızla türk çayını bir araya gətirməkdən xoşbəxtik”, - deyə Y.Z.Alim qeyd edib.Onun sözlərinə görə, müqavilə Azərbaycanda 1 000-ə yaxın satış nöqtəsi olan şirkətlərdən biri ilə bağlanılıb.

DİGƏR XƏBƏRLƏR

Loading
Top