Bu marşrutun hərəkət sxemi dəyişdi

Gündəm 26 noyabr 2021, 10:45

2 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib.

Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Dəyişikliyə əsasən, bu xətt üzrə avtobuslar metronun “Dərnəgül” stansiyasınadək hərəkət edəcək.

Dəyişiklik sayəsində 7-ci mikrorayon və metronun “Dərnəgül” stansiyası ətrafında məskunlaşan vətəndaşların metronun “N.Nərimanov”, “Nizami”, “20 Yanvar” stansiyaları və “Beynəlxalq Avtovağzal Kompleksi” istiqamətində birbaşa gedişi təmin olunacaq.

Sözügedən dəyişiklik sabahdan tətbiq olunacaq.

DİGƏR XƏBƏRLƏR

Loading
Top