Bakıda marketə saxta əsginas verən şəxs tutulub

Gündəm 26 noyabr 2021, 17:29

Bakıda marketə saxta pul əsginası verən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə oktyabrın 28-də Hövsan qəsəbəsində yerləşən marketlərin birinə bir nəfərin 2 ədəd 50 və 3 ədəd 100 manatlıq saxta əsginas verməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxta əsginasları verməkdə şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş E.Şahverdiyev müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Loading
Top