Gürcüstanda “Batumi Build 2021” beynəlxalq sərgisi keçiriləcək

İqtisadiyyat və biznes 26 noyabr 2021, 16:38
10-12 dekabr 2021-ci il tarixində Gürcüstan hökumətinin dəstəyi, Gürcüstanda beynəlxalq sərgilərin təşkili üzrə ixtisaslaşmış “GEONET EXPO” şirkətinin təşkilatçılığı ilə “Batumi Build 2021” 11-ci beynəlxalq tikinti materialları, texnologiyalar və daşınmaz əmlak sərgisi keçiriləcək.

Karvannews xəbər verir ki, sərginin məqsədi, tikinti sektorunda fəaliyyət göstərən yerli və beynəlxalq şirkətləri bir araya gətirmək, həmin şirkətlərin məhsul və xidmətlərinin təşviq etdirilməsindən ibarətdir. Sərgidə, Gürcüstan, Rusiya, Belarus, Ukrayna, Moldova, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkiyə, Çin, Almaniya, İtaliya və Polşa şirkətlərinin iştirakı gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Loading
Top