Tekstil sahəsində fəaliyyət göstərən sahibkarların nəzərinə!

Tekstil sənayesi 10 yanvar 2022, 12:39

2022-ci ilin 9-11 fevral tarixlərində Türkiyənin İstanbul şəhərində “İstanbul Fashion Connection” Beynəlxalq geyim, moda və tekstil sərgisi keçiriləcək.

Sərgidə kişi, qadın və uşaq geyimlərinin və digər tekstil məhsullarının istehsalçıları, dizaynerləri, distributorları və bu sahədə fəaliyyət göstərən digər maraqlı tərəflər iştirak edəcəklər.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə Azərbaycan sahibkarları da sərgidə öz məhsullarını təqdim etməyə və bu sahədə fəaliyyət göstərən müxtəlif ölkələrdən olan sahibkarlarla ikitərəfli görüşlər keçirmək imkanı əldə edəcəklər.

Sərgidə iştirak etmək istəyən və Agentliyin xüsusi stendində öz məhsullarını nümayiş etdirmək istəyən Azərbaycan sahibkarları KOBİA ilə əlaqə saxlaya bilərlər.

Əlaqələndirici şəxs: Emil Məmmədov

Tel.: (+994 12) 404 04 01 (daxili 233), 

Mob.: (+994 50) 250 24 60

E-poçt: [email protected]

MÜRACİƏT FORMASI

DİGƏR XƏBƏRLƏR

Loading
Top