ABŞ-da inflyasiya 40 illik maksimuma çatıb

İqtisadiyyat və biznes 13 yanvar 2022, 16:22

Ötən ilin dekabr ayında ABŞ-da istehlak qiymətləri indeksi 2020-ci ilin eyni ayı ilə müqayisədə 7% artıb ki, bu da 1982-ci ildən bəri qeydə alınan ən kəskin artımdır.

Karvannews.com-un ABŞ-ın Əmək Statistikası Bürosuna istinadən verdiyi məlumata görə, aylıq inflyasiya 0,5% təşkil edib.

Qeyd edək ki, ən kəskin illik artım enerji qiymətlərində qeydə alınıb – 29,3%. Ayrı-ayrı enerji mallarına gəldikdə, təbii qazın qiyməti – 24,1%, yanacağın qiyməti – 41%, benzinin qiyməti isə 49,6% artıb. İnflyasiyanın ən az toxunduğu mallar kateqoriyalarına isə ərzaq məhsulları (6,3%) və geyim (5,8%) daxildir.

Xatırladaq ki, sürətlənən inflyasiya və artan əmək bazarı fonunda FED-in faiz dərəcələrini gözlənildiyindən daha erkən və bir neçə dəfə yüksəldəcəyi gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Loading
Top