Bu gün “Xızı-Abşeron” külək elektrik stansiyasının təməli qoyulur

Gündəm 13 yanvar 2022, 11:41

Bu gün ölkəmizin enerji tarixində önəmli hadisə baş verir. Azərbaycanda 240 meqavatlıq “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının təməli qoyulur.

Karvannews.com bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.

Xatırladaq ki, 05 dekabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti “Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında” Sərəncam imzalayıb. 2020-ci ilin 9 yanvar tarixində isə Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri arasında bərpa olunan enerji üzrə pilot layihələrin həyata keçirilməsi ilə bağlı İcra müqavilələri imzalanıb.

DİGƏR XƏBƏRLƏR

Loading
Top