Qazaxıstan 2022-2023-cü illərdə neft hasilatını tədricən artıracaq

Neft qaz 14 yanvar 2022, 18:00

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) Qazaxıstan üzrə 2023-cü il üçün ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu açıqlayıb.

Karvannews.com-un EIA-in aylıq hesabatına istinadən verdiyi xəbərə görə, gələn il Qazaxıstanda ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 2,01 mln. barel olacağı ehtimal olunur.

Hesabata əsasən, cari il Qazaxıstanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 2 mln. barel olacağı gözlənilir. Ötən proqnoza görə, bu göstərici 1,98 mln. barel təşkil edəcəyi ehtimal olunurdu.

Qeyd olunur, ötən il Qazaxıstanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 1,87 mln. barel təşkil edib ki, bu da ötən proqnoz göstəricisindən 0,01 mln. barel çoxdur.

Xatırladaq ki, EIA-in hesablamalarına görə, 2020-ci ildə Qazaxıstanda ortalama gündəlik neft hasilatı 1,86 mln. barel olub. 2019-cu ildə isə bu göstərici 1,97 mln. barel təşkil edib.

Beləliklə, EIA məlumatlarını nəzərə alaraq, belə bir qənaətə gəlmək olar ki, Qazaxıstan neft hasilatı üzrə koronavirus infeksiyası pandemiyadan əvvəlki səviyyəni artıq 2022-ci ildə ötəcək.

DİGƏR XƏBƏRLƏR

Loading
Top