“Microsoft” məşhur oyun konsolunun istehsalını dayandırdı

İqtisadiyyat və biznes 14 yanvar 2022, 17:22

Amerikanın “Microsoft” korporasiyası məşhur “Xbox One” oyun konsolunun istehsalını dayandıraraq, bütün diqqətini “Xbox Series X|S” modellərinin buraxılışına yönəldib.

Karvannews.com xəbər verir ki, bu barədə şirkətin marketinq direktoru Sindi Uoker məlumat verib.

Cənab Uokerin sözlərinə görə, “Xbox One” konsollarının istehsalı 2020-ci ilin sonunda dayandırılıb.

“Microsoft”un rəqibi “Sony” isə 2022-ci ilin sonuna qədər əlavə 1 milyon “PlayStation 4” konsolu istehsal edəcəyini açıqlayıb. Hər iki şirkət qlobal yarımkeçirici böhranı səbəbindən yeni nəsil konsolların təchizatı ilə bağlı problemlər yaşayır.

DİGƏR XƏBƏRLƏR

Loading
Top