Professor İlham Rəhimovun ad günüdür - TƏBRİK

Gündəm 14 yanvar 2022, 15:44
Bu gün hüquq professoru, elm xadimi, xeyriyyəçi iş adamı İlham Rəhimovun doğum günüdür. 

Karvannews.com saytı olaraq İlham müəllimi səmimi qəlblə təbrik edir, möhkəm can sağlığı, işlərində uğurlar və yeni nailiyyətlər arzu edirik.

Xatırladaq ki, İlham Rəhimov 14 yanvar 1951-ci ildə Tovuz rayonunda anadan olmuşdur. 1970-1975 illərdə Leninqrad Dövlət Universitetinin hüquq fakültəsində təhsil almış, 1975-1978 illərdə Leninqrad Dövlət Universitetinin cinayət hüququ kafedrasında əyani aspirantı olmuş, 1978-ci ildə isə hüquq elmləri namizədi elmi adını almışdır. Onun elmi rəhbəri Rusiya Federasiyasının əməkdar elm xadimi, hüquq elmləri doktoru, Sankt-Peterburq Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət hüququ kafedrasının professoru, Rusiya Təhsil Nazirliyinin hüquq elmləri üzrə Baş Şurasının sədri Nikolay Aleksandroviç Belyayev (1923-2004) olmuşdur.

1988-ci ildə Leninqrad Dövlət Universitetində doktorluq dissertasiyası müdafiə etmişdir. Bununla da o postsovet məkanında cinayət hüququ sahəsində ən gənc elmlər doktoru olmuş, 1996-cı ildə isə professor elmi adını almışdır.

Əmək fəaliyyətinə Azərbaycan EA Fəlsəfə və Hüquq İnstitutunda kiçik elmi işçi kimi başlamış, uzun müddət Azərbaycan Respublikası Ədliyyə Nazirliyində idarə rəisi vəzifəsində işləmişdir. 1982-1992-ci illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik idarəsinin müdiri vəzifəsində işləmiş, Kollegiyanın üzvü olmuşdur. Həmin dövrdə İ.Rəhimov tərəfindən çoxlu sayda normativ aktlar, eləcə də qanunvericilik aktları üzrə nəticələr hazırlanmışdır.

1992-1996 illərdə Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminologiya problemləri üzrə Elmi-tədqiqat institutunun direktoru vəzifəsində işləmişdir.
1996-2000-ci illərdə müxtəlif ali məktəblərdə hüquq fənnindən dərs demiş, eləcə də Ali Diplomatiya Kollecində (indiki Avrasiya Universitetində) elmi işlər üzrə prorektor vəzifəsində işləmişdir.

İ.M.Rəhimov 1992-1993 illərdə hazırlanmış məhkəmə sistemində islahatlar Konsepsiyasının ilk müəllifi olmuşdur. 1994-cü ildə isə cinayətkarlıqla mübarizə üzrə dövlət proqramını hazırlamışdır.

O, 18 aprel 2004-cü ildə Rusiya Təhlükəsizlik, Müdafiə, Qanunun aliliyi Akademiyasının akademiki seçilmişdir. İlham Rəhimov bu akademiyanın akademiki adına layiq görülmüş ikinci azərbaycanlıdır…

 

DİGƏR XƏBƏRLƏR

Loading
Top