Maqnit qasırğasının baş verməsi gözlənilir

Gündəm 17 yanvar 2022, 16:01

Yanvarın 17-də geomaqnit sahənin qeyri-stabil və aktiv səviyyə arasında (Kp = 3-4), yanvarın 18-də isə CH HSS təsirinin zəifləməsi ilə sakit və qeyri-stabil səviyyə arasında (Kp=2-3) dəyişəcəyi gözlənilir.

Şamaxı Astrofizika Rəsədxanasından bildirilib ki, yanvarın 14-də Günəşdə baş vermiş tac kütlə atılması (CME) geomaqnit fəallığın artmasına səbəb ola bilər. Bununla əlaqədar olaraq yanvarın 17-də G1 (zəif) maqnit qasırğasının baş verməsi ehtimal olunur. Proqnoz dövrünün üçüncü günündə (19 yanvar) geomaqnit sahədə sakit şərait gözlənilir (Kp=1-2).

DİGƏR XƏBƏRLƏR

Loading
Top