ABŞ-ın kommersiya neft ehtiyatları azalıb

Neft qaz 26 may 2022, 15:33

Ötən həftənin yekunlarına görə, ABŞ-da neftin kommersiya ehtiyatları 1 019 min barel azalaraq, 419 801 min barel təşkil edib.

Bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilir.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 737 min barel azalacağını proqnozlaşdırırdı.

ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

DİGƏR XƏBƏRLƏR

Loading
Top