Yeni kredit təşkilatlarının yaradılması KOB-ların maliyyə resurslarına çıxış imkanlarını genişləndirir

İqtisadiyyat və biznes 21 fevral 2022, 10:15

Maliyyə sektorunda yeni bank olmayan kredit təşkilatının (BOKT) – “AZPUL” MMC-nin yaradılması ilə bağlı tədbir keçirilib.

Tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib ki, mikro maliyyə təsisatlarının fəaliyyəti sahibkarların maliyyə resurslarına çıxışının yaxşılaşdırılması baxımından əhəmiyyətlidir.

Qeyd olunub ki, KOBİA maliyyə sektorunda yeni bank olmayan kredit təşkilatlarının yaradılmasını, innovativ maliyyə xidmətlərini müsbət qiymətləndirir. Agentlik KOB subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının artırılması istiqamətində də fəaliyyət göstərir. Bu məqsədlə konsultativ platforma yaradılıb, KOBİA-nın həyata keçirdiyi qrant proqramı vasitəsilə innovativ layihələrinin maliyyələşdirilməsi təmin edilir və digər tədbirlər görülür. 

DİGƏR XƏBƏRLƏR

Loading
Top