Bakıda Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika sərgisi keçiriləcək

Gündəm 27 may 2022, 09:46

İyunun 1-3-də Bakı Ekspo Mərkəzində XVIII Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika “TransCaspian/Translogistica” sərgisi keçiriləcək.

Kavannews.com xəbər verir ki, sərgi Xəzəryanı regionun aparıcı nəqliyyat tədbirlərindən biri olmaqla yanaşı, dəmir yolu, kommersiya nəqliyyatı və nəqliyyat-logistika xidmətləri sahəsində əsas dövlət strukturları ilə kommersiya təşkilatlarını bir araya gətirir. Hər il sərgidə bu sektora dair müəssisələrin yenilik və nailiyyətləri nümayiş olunur, sənayenin əsas nümayəndələri ilə mühüm görüşlər keçirilir, qarşılıqlı faydalı sazişlər imzalanır.

İştirakçılar sərgidə nəqliyyat sahəsində öz məhsul və xidmətlərinin geniş çeşidini təqdim edəcəklər. Bunlara dəmir yolu nəqliyyatının əyləc sistemləri üçün yeni məhsullar, istənilən növ yük və sərnişin vaqonları, lokomotivlər, motor-vaqon hərəkət heyəti, sürət qatarları və metropoliten qatarları üçün avadanlıqlar, gəmiçilik, sərnişindaşıma sahəsində xidmətlər və istənilən növ yüklərin daşınması, eskalator və eskalator qovşaqlarının layihələndirilməsi və təmiri daxildir.

DİGƏR XƏBƏRLƏR

Loading
Top