Qarabağda 21 yaşayış məntəqəsi layihələndiriləcək

QARABAĞ 03 may 2022, 14:28

İşğaldan azad edilmiş 21 yaşayış məntəqəsinin layihələndirilməsi işlərinin həyata keçirilməsi üçün 11 milyon manatlıq tenderə yekun vurulub.

Karvannews Dövlət Satınalmaları elektron portalına istinadən xəbər verir ki, Ərazi Tikinti-Planlaşdırma Mərkəzi Laçın, Qubadlı, Zəngilan, Ağdam, Füzuli, Xocavənd, Kəlbəcər və Cəbrayıl rayonları üzrə 21 yaşayış məntəqəsinin salınmasının şəhərsalma əsaslandırılmasının hazırlanması işlərinin satınalınmasına 11 milyon manat xərcləyib.

Laçın rayonunun Qorçu qəsəbəsi (420 min manat) və Şəlvə(297 242 manat), Güləbird (295 min manat) kəndlərinin, Ağdam rayonunun Xıdırlı (470 min manat), Kəngərli (325 min manat), Sarıcalı (290 min manat), Cəbrayıl rayonunun Şükürbəyli (378 424 manat), Horovlu (387370 manat) kəndlərinin və Xudafərin qəsəbəsinin (185 min manat) layihələndirilməsinə başlanılıb.

Tenderdə, həmçinin Qubadlı rayonu üzrə Zilanlı (335min manat), Xanlıq ( 380 min manat), Mahruzlu kəndlərinin (360 min manat), Zəngilanın Məmmədbəyli (339 999 manat), Cahangirbəyli (330 min manat), Şuşa rayonunun Daşaltı kənd yaşayış məntəqəsinin (250 min manat) layihələndirilməsi nəzərdə tutulub.

Kəlbəcərin Zar (365800 manat), Zallar (310 min manat), Yanşaq (270 min manat) kəndləri, Füzuli rayonunun Pirəhmədli (460 min manat) və Dədəli kəndi (490 min manat) bu siyahıya daxildir.

Layihələndirmə üzrə ən böyük satınalma Xocavənd rayonunun Hadrut və Tuğ qəsəbələrinin və ətraf kəndlərin bərpası ilə bağlıdır. Müvafiq olaraq bu tenderlər üzrə qaliblərlə 2,242 milyon və 2,1 milyon manat həcmində müqavilə imzalanıb.

Qeyd edək ki, bu tenderlərin qalibləri Azərdövlətlayihə Dövlət Baş Layihə İnstitutu, Azərmemarlayihə Dövlət Baş Layihə İnstitutu, Qala Group MMC, Feniks-AA MMC, Bureau Mühit MMC, REM Mimarlık Dekorasyon Restorasyon Proje ve Taahhüt Hizmetleri Limited şirkətinin Azərbaycandakı Filialı və BİMD QSC seçilib.

DİGƏR XƏBƏRLƏR

Loading
Top