İşgüzar xanımlar Heydər Əliyevlə bağlı xatirələrini bölüşdülər

Gündəm 10 may 2022, 12:51

Deputat: “Heydər Əliyevin siyasi irsi bu günkü uğurlarımızın əsasını təşkil edir”

Əməkdar jurnalist: “Şanslı adamam ki, sağlığında ulu öndəri tanımaq nəsibim olub”

Biznes-ledi: “Müqəddəs xatirəsi Azərbaycan xalqının qəlbindən silinməyəcək”

Bu gün Azərbaycanın ümummilli lideri Heydər Əliyevin doğum günüdür. Azərbaycana rəhbərliyi dövründə qadın problemlərinin dövlət səviyyəsində həlli üçün mühüm addımlar atan ulu öndərin ad günündə ölkəmizin tanınmış qadın simaları Heydər Əliyevlə bağlı xatirələrini bölüşüblər.

Karvannews Sosium.az-a istinadən həmin xatirələri təqdim edir.

Kamilə Əliyeva (Milli Məclisin deputatı, professor)

Azərbaycan Respublikasının müasir inkişaf tarixi, dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Yeni Azərbaycanın yaradıcısı kimi tarixə düşən Heydər Əliyevin siyasi irsi bu günkü uğurlarımızın əsasını təşkil edir. Onun ictimai-siyasi və dövlət xadimi kimi xalqımız qarşısında ən böyük xidməti ondan ibarət olub ki, hələ sovet dövründə Azərbaycan Respublikasının gələcək müstəqilliyinin iqtisadi əsaslarını yaradıb. Müstəqilliyimizin ilk illərində isə dövlətçiliyimiz üçün təhlükə yarananda xarici qüvvələrin, daxildəki əlaltıların pozuculuq fəaliyyətinin, təxribatlarının qarşısını ala bilib. Sonra ki dövrdə ölkəmizdə sabitliyi və əmin-amanlığı formalaşdırmış, Azərbaycanın qüdrətli bir dövlətə çevrilməsini şərtləndirən misli görünməmiş yenidənqurma və quruculuq işlərini həyata keçirib.

Dahi Heydər Əliyevin siyasi kursunu yaradıcılıqla, müasir tələblərə uyğun şəkildə davam etdirən prezident İlham Əliyevin rəhbərliyi altında bu gün Azərbaycan intibah dövrünü yaşayır. Ölkəmizdə mövcud olan daxili sabitlik, əmin-amanlıq sürətli iqtisadi təkamülün əsasında dayanan mühüm amillərdəndir. Bu tərəqqi ümummilli lider Heydər Əliyev ideyalarının təntənəsi, möhkəm bünövrə üzərində davamlı inkişaf edən müstəqil dövlətimizin real mənzərəsidir. Bu gün qürurla deyə bilərik ki, ötən illər ərzində, xüsusilə də son 18 il ərzində Azərbaycanın əldə etdiyi nailiyyətlər şəxsən cənab Prezident İlham Əliyevin adi ilə bağlıdır. Ölkəmizin müdrik rəhbəri, möhtərəm Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə respublikanın hər yerində sürətlə aparılan genişmiqyaslı quruculuq işləri bütün dünyaya nümayiş etdirir ki, inkişafın Azərbaycan modeli təsadüfi xarakter daşımır. Bu gün ümummilli lider Heydər Əliyevin irsinin öyrənilməsi, təbliği və Azərbaycan cəmiyyətinə çatdırılması hamımızın ümdə vəzifələrindəndir.

Mətanət Ağamirli (Əməkdar jurnalist, AQSİA-nın icraçı katibi)

Şanslı adamam ki, sağlığında ulu öndər Heydər Əliyevi xarici səfərlərdə təmsil edən, prezidentliyi dövründə onun xarici səfərlərini, fəaliyyətini işıqlandıran jurnalist qrupunun üzvü olmuşam. Heydər Əliyev kimi nəhəng və fenomenal bir siyasi xadimi tanımaq həyata baxışımı kökündən dəyişib. Bu gün əldə etdiklərimə görə, Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevi borcluyam. Heydər Əliyev o şəxsiyyətlərəndir ki, bütün həyatını, sağlamlığını xalqımızın rifahı naminə həsr edib. Təsəvvür edin ki, xaricə səfərləri zamanı belə bir dəqiqə belə boş dayanmır, məqam düşən kimi, biz jurnalistləri başına toplayıb, müsahibələr verirdi. Ən yaddaqalan məqam isə ulu öndərin bizə tövsiyyələri idi. Çox fenomenal yaddaşa malik idi və ölkədə baş verən hər şeydən xəbərdar idi. Əgər Heydər Əliyev yenidən hakimiyyətə gəlməsəydi, inanın ki, ölkəmiz parçalanmaq təhlükəsindən xilas olmayacaqdı. Heydər Əliyev o zaman hakimiyyəti təhvil aldı ki, Azərbaycan separatçıların oylağına çevrilmiş, Qarabağda düşmən tam üstünlük qazanmışdı. Belə bir gərgin şəraitdə qüdrətli, regionun lider, dünyanın isə önəmli bir dövlətini inşa etməyi yalnız Heydər Əliyev kimi dahi siyasətçi bacara bilərdi. Və bacardı da. Nə qədər Azərbaycan yaşayır, Heydər Əliyevin müqəddəs xatirəsi və ideyaları həmişə yaşayacaq.

Onun zəngin irsi və layiqli davamçısı cənab İlham Əliyevin Heydər Əliyevdən əxs etdiyi keyfiyyətlər bugünkü uğurlarımızın səbəbidir. Düşmən bizi təxribata çəkir, iqtisadi fəlakətini işğalla kompensasiya etməyə çalışırdı. Mürəkkəb geosiyasi şəraitdə isə Azərbaycan təmkin nümayiş etdirir, öz hərbi və iqtisadi qüdrətini artırırdı. Regional iqtisadi layihələrin mərkəzinə çevrilən Azərbaycan gələcək tarixi qələbə üçün təməl atırdı. Nəhayət o tarixi an yetişdi və 44 günlük vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu şanlı Zəfərə imza atdı. Allah şəhidlərimizə və ulu öndərə rəhmət eləsin. Müstəqil Azərbaycan və İlham Əliyev Heydər Əliyevin şah əsərləridir. Bu gün ümumilli liderin ruhu şaddır. Biz üzərimizdən tarixi ləkəni silmişik. Dünyanın sayılan, seçilən dövlətlərindənik. Məhz ulu öndərin və cənab Prezident Heydər Əliyevin qətiyyətli, cəsarətli, məntiqli, praqmatik, rasional və düşünülmüş siyasətinin məntiqi nəticəsidir ki, bütün bu uğulara nail olmuşuq.

Xəyalə Mütəllimova (Sahibkar, “Artmood Agency” nin təsisçisi)

Ulu öndər Heydər Əliyevin hər zaman xatırladığım bu sözü daim mənə güc verir: “Vətənə məhəbbət, xalqa məhəbbət mənim beynimdədir, qanımdadır, bütün varlığımdadır. Heç nə, heç kim, heç bir qüvvə bu məhəbbəti məndən ala bilməz”. Üzərindən illər ötməsinə baxmayaraq, ulu öndərin xalqımıza aşıladığı bu sevgi hər birimiz üçün enerji mənbəyi, vətən sevgimizi artıran möhtəşəm hisslərdir. Nə qədər ki, Azərbaycan xalqı yaşayır, ulu öndərin ideyaları da yaşayacaq. Onun müqəddəs xatirəsi heç zaman qədirbilən Azərbaycan xalqının qəlbindən silinməyəcək.

Rahat uyu dahi şəxsiyyət, milli xilaskarımız! Ən böyük arzun həyata keçib. Layiqli davamçın, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəbərliyi altında rəşadətli Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad edib!

DİGƏR XƏBƏRLƏR

Loading
Top