“Saudi Aramco” dünyanın ən bahalı şirkəti oldu

İqtisadiyyat və biznes 12 may 2022, 18:00

Səudiyyə Ərəbistanının “Saudi Aramco” neft şirkətinin bazar dəyəri 2.43 trilyon dollara çatıb.

Bu barədə “Bloomberg” yazıb. 2020-ci il boyu dünyanın ən bahalı şirkəti “Apple” olub, lakin bu il onun bazar dəyəri 2.41 trilyon dollar təşkil edib.

Hələ 2022-ci ilin yanvarında “Apple”ın dəyəri 3 trilyon dolları keçmişdi, o vaxtdan bəri şirkətin kotirovkaları təxminən 16% ucuzlaşıb. Neft qiymətlərinin artması fonunda “Saudi Aramco”nun dəyəri isə əksinə 30% artıb.

DİGƏR XƏBƏRLƏR

Loading
Top