Bu ölkədə 5,5 bal gücündə zəlzələ baş verdi

Gündəm 13 may 2022, 17:50

Cənubi Amerika ölkəsi olan Peruda 5,5 bal gücündə zəlzələ baş verib.

Bu barədə Peru Geofizika İnstitutu (PGI) Milli Seysmoloji Mərkəzi 49 kilometr dərinlikdə meydana gələn zəlzələnin episentrinin paytaxt Limadan 60 kilometr uzaqlıqdakı Çilca şəhərindən 30 kilometr qərbdə olduğunu açıqlayıb.

Səlahiyyətlilər zəlzələ zamanı can və ya mal itkisinin olmadığını bildirib.

Dünyanın ən yüksək seysmik aktivliyə malik ölkələrindən biri olan Peru "Od halqası" kimi tanınan Sakit Okean Zəlzələ Kəmərində yerləşir.

DİGƏR XƏBƏRLƏR

Loading
Top