Azərbaycanda elektrik enerjisi istehsalı 3,3% artıb

Gündəm 13 may 2022, 14:51

Bu ilin yanvar-aprel aylarında operativ məlumatlara əsasən, Azərbaycanda 9240,1 mln. kilovatt-saat elektrik enerjisi istehsal edilib.

Karvannews xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov “Twitter“ hesabında yazıb.

Nazir bildirib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3,3% artıb.

Bildirilib ki, hesabat dövründə ölkənin elektrik enerji ixracı 518,6 mln kilovatt-saat, idxalı isə 40,7 mln. kilovatt-saat təşkil edib.

DİGƏR XƏBƏRLƏR

Loading
Top