Kitab satışı ƏDV-dən azad edildi

Gündəm 13 may 2022, 14:12

Kitablara tətbiq olunan ƏDV ləğv edildi.

Bu barədə Qanun nəşriyyatının direktoru Şahbaz Xuduoğlu məlumat verib.

O, kitab və kağız məhsullarının idxalının və satışının ƏDV-dən azad olunmasını yüksək qiymətləndirib və bununla bağlı yazarları və oxucuları təbrik edib.

Xatırladaq ki, ƏDV ilə əlaqəli Milli Məclisdə Vergi Məcəlləsinə dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılmışdı. Dəyişikliklə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiqlənən kütləvi informasiya vasitələri məhsullarının və kitabların, (elektron kitablar istisna olmaqla) habelə dərslik komplektlərinin idxalı və satışı, həmin malların (məhsulların) istehsalı ( nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın idxalı və satışı, mətbu kütləvi informasiya vasitələri məhsullarının və kitabların, o cümlədən elektron kitabların, habelə dərslik komplektlərinin istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyətindən (reklam xidmətləri istisna olmaqla) ƏDV tutulmayacağı qeyd olunmuşdu. Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilmişdi.

DİGƏR XƏBƏRLƏR

Loading
Top