KOBİA “EUROCHAMBRES” və “EU4Business” təşkilatlarının nümayəndələri ilə görüşüb

İqtisadiyyat və biznes 24 may 2022, 11:30

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov “EUROCHAMBRES”in baş direktoru Ben Butters və “EU4Business” təşkilatının nümayəndələri ilə görüşüb. 

Brüsselə səfər çərçivəsində təşkil olunmuş görüşdə birgə layihələrin həyata keçirilməsinə maliyyə və texniki dəstəyin göstərilməsi, qurumun “yaşıl iqtisadiyyat” və KOB-ların rəqəmsallaşması ilə bağlı layihələrində iştirak imkanları, gənclərin və qadınların sahibkarlıq fəaliyyətinə təşviqi, startaplarla bağlı layihələr çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib. 

DİGƏR XƏBƏRLƏR

Loading
Top