Ukraynada döyüşlərlə bağlı SON VƏZİYYƏT

Gündəm 27 may 2022, 17:01

Ukrayna Silahlı Qüvvələri ötən gün Rusiya qoşunlarının 12 hücumunun qarşısını alıb, 5 artilleriya sistemini, 5 piyadaların zirehli döyüş maşınını və 5 avtomobilini məhv edib.

Karvannews xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Ukrayna Hərbi Hava Qüvvələri son sutkada Rusiyanın “Ka-52” helikopterini, “Orlan-10” tipli PUA-sını və Çernovtsk vilayətində Rusiyanın qanadlı raketinin məhv edib.

Məlumata görə, Rusiyanın ilhaq etdiyi Krım yarımadasından Zaporoje istiqamətində canlı qüvvə və hərbi texnika göndərilir.

Rəsmi informasiyaya əsasən, Qara və Azov dənizlərində Rusiya gəmiləri Ukraynaya məxsus mülki su nəqliyyatı vasitələrini blokadada saxlamaqda davam edir.

DİGƏR XƏBƏRLƏR

Loading
Top