18 yaşdan sonra övladın şəhid ailəsi üzvü statusunu itirməsinə aydınlıq gətirilib

Gündəm 27 may 2022, 16:11

“Biz şəhid ailələrini qəbul edirik. Şəhid ailəsi statusuna şəhidin atası, anası, həyat yoldaşı və 18 yaşına qədər övladı malikdir. 18 yaşından sonra hər bir insan öz ayaqları üzərində dayan bilir ”.

Karvannews xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Musa Quliyev bildirib ki, buna görə də 18 yaşdan sonra şəhid ailəsi statusu qüvvədən düşmüş olur: “18 yaşdan yuxarı şəxslərin şəhid ailəsi statusunun düşməsi ilə bağlı məsələ araşdırılır. Onlar hansısa mənəvi dəstək istəyirlər. Hazırda bu barədə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində məsələ müzakirə edilir. Onu da qeyd edim ki, hazırda yalnız şəhid olmuş şəxsin əlilliyi olan övladı olarsa, onlara şəhid ailəsi statusu ömürlük verilir. Bu məsələ əks-halda olanda ondan sui-istifadə halları arta bilər”.

DİGƏR XƏBƏRLƏR

Loading
Top