Mərkəzi İncəsənət Məktəbinin "Şuşa ili" çərçivəsində konserti keçirilib

Gündəm 30 may 2022, 12:01

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi tərəfindən Masallı rayonunda "Şuşa ili" çərçivəsində konsert proqramı və ustad dərsləri keçirilib.

Masallı şəhər Onbirillik İncəsənət Məktəbində və Cəlilabad rayon Uşaq İncəsənət Məktəbində Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin Tədris işləri üzrə direktor müavini Mənsurə Quliyeva (fortepiano) və müəllimləri Nurlan Cəfərli (tar), Becan Hüseynov (qarmon), Türkay Məlikova (xanəndə) tərəfindən ustad dərsləri keçirilib.

Masallı şəhər Onbirillik İncəsənət Məktəbində keçirilən ustad dərslərində Yardımlı rayon Uşaq İncəsənət Məktəbinin müəllim və şagird kollektivi də iştirak edib.

Sonra Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində konsert proqramı keçirilib.

Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov qarşılıqlı əməkdaşlığa görə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru, Əməkdar artist, dosent Əziz Qarayusifliyə təşəkkür edib.

DİGƏR XƏBƏRLƏR

Loading
Top