Bu ilin mart ayına Sahibkarlıq fəaliyyəti ilə əlaqədar qanunvericiliyə edilən əsas dəyişikliklər açıqlanıb

QANUNVERİCİLİK 30 mart 2021, 14:29
 1. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik baş vermişdir.
 
Yeni dəyişikliklərə əsasən sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması əlavə 1 ildə uzadılaraq 01 yanvar 2022-ci ilədək təxirə salınmışdır.
 
Qeyd edək ki, yoxlamaların dayandırılması Qanunun 2.1 maddəsinə əsasən vergi yoxlamaları, maliyyə bazarları sahəsində aparılan yoxlamalar və gömrük auditi kimi yoxlamalara şamil olunmur.
 
2. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilmişdir. Dəyişikliyə əsasən Məcəllədə əlavə dəyər vergisindən azad olunan əməliyyatlarla bağlı aşağıdakı dəyişikliklər həyata keçirilmişdir:
 
- ƏDV-dən azad olunan əməliyyatlar siyahısına külçə, sikkə və ya qranul şəklində qızılın və gümüşün satışı əlavə edilmişdir.
 
- Qızıldan və gümüşdən hazırlanan zərgərlik məmulatlarının istehsalı və emalı məqsədilə müqaviq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın təsdiqedici sənədi əsasında dəzgahların, avadanlıq və qurğuların idxalı 2024-cü il 1 yanvar tarixinədək ƏDV-dən azad edilmişdir.
 
- Buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı üzrə 3 il (01 yanvar 2025-ci ilədək), iflas olmuş bankların aktivlərinin təqdim olunması 2 il (01 yanvar 2023-cü ilədək), kəpəyin istehsalı və satışı 3 il (01 yanvar 2025-ci ilədək) ƏDVdən azadolma müddətləri uzadılmışdır. Yeni dəyişiklikdə idxal olunan platin, qızıl və onlardan hazırlanmış zərgərlik və digər məmulatlar, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz 01 yanvar 2025-ci il tarixinədək aksiz vergisindən azad edilmişdir.
 
Aksizli malların siyahısına istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlər, habelə qəlyan üçün tütünlər əlavə edilmiş və kiloqramına 30 manat aksiz vergisi müəyyənləşdirilmişdir.
 
 
Tütündən hazırlanan siqarət ve onun əvəzedicilərinin 1000 ədədi üçün aksiz vergisi 31 manatdan 35 manata, elektron siqaretlər üçün mayenin hər litrinə görə aksiz vergisi 20 manatdan 100 manata dəyişdirilmişdir. Qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsulları isə 1000 ədədinə 12.9 manat olaraq dəyişiklikdən sonra aksiz vergisinə cəlb olunur.
 
3. Dövlət Vergi Xidməti artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması ilə bağlı video təlimat hazırlamışdır: Videotəlimatla aşağıdakı linkdən tanış ola bilərsiniz:
https://www.taxes.gov.az/az/post/1303 Qeyd edək ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 38.3.4-cü maddəsinə əsasən vergi ödəyicisi tərəfindən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə ilə müraciət vergi orqanı tərəfindən növbədənkənar vergi yoxlamasının keçirilə biləcəyi haldır. 4. Dövlət Vergi Xidməti vergi ödəyicilərinin sürətli və onlayn qeydiyyatı üçün yeni imkanlar yaratmaqdadır. Sahibkarlıq fəaliyyəti həyata keçirmək məqsədilə hüquqi şəxs yaratmaq istəyən istifadəçi mobil nömrə və FİN koddan istifadə etməklə qeydiyyat ərizəsi məlumatlarını daxil edə və bununla da VÖEN verilməsi prosesinə müraciət edə bilər. Nəticədə hüquqi şəxsin yaradılması üçün kağız daşıyıcıda sənədlərin hazırlanmasına və vergi orqanına təqdim olunmasına zərurət yaranmır. 5. “Tik-idarə et-təhvil ver” modeli çərçivəsində həyata keçirilməsinin şərtləri, tikinti və infrastruktur obyektlərinin növlərinə uyğun olaraq investorlar qarşısında qoyulan tələblər, bağlanılan müqavilələrin xüsusiyyətləri və şərtləri, investisiya qoyuluşu nəticəsində əldə olunacaq mal və xidmətlərin dəyərinin müəyyənləşdirilməsi Qaydasında dəyişiklik edilmişdir.
 
Dəyişikliyə əsasən aşağıdakı hallarda investor müsabiqə keçirilmədən birbaşa cəlbetmə üsulu ilə müəyyən edilir: ü insan tələfatına, insanların səhhətinə və ya ətraf mühitə ziyan vurulmasına, əhəmiyyətli maddi itkilərə və insanların həyat fəaliyyəti şəraitinin pozulmasına səbəb olmuş fövqəladə hadisə ilə əlaqədar olaraq hər hansı investisiya layihəsinin həyata keçirilməsinə təcili ehtiyac yaranması və bununla bağlı müsabiqənin təşkilinin və keçirilməsinin sərf ediləcək vaxt baxımından məqsədəuyğun olmaması; ü investisiya layihəsinin yalnız konkret investor tərəfindən həyata keçirilməsinin mümkünlüyü və ya konkret investorun investisiya layihəsinin predmeti ilə bağlı müstəsna hüquqlara malik olması, heç bir alternativinin və ya əvəzedicisinin olmaması. Bundan başqa investisiya layihəsinin həyata keçiriməyə namizəd şirkət tərəfindən müsabiqə təklifi ilə bağlı ödənilən təminatın miqdarı müsabiqə təklifi dəyərinin 5 (beş) faizi həcmində müəyyən edilmişdir.(Dəyişiklikdən öncə bu məbləğ İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən edilirdi). Bundan başqa nazmizədlər investisiya layihəsinin investor ilə İqtisadiyyat Nazirliyi arasında imzalanacaq müqaviləyə əsasən həmin müqavilədə müəyyən edilən müddətdə və qaydada icrasına dair investisiya layihəsinin dəyərinin 5 (beş) faizi həcmində təminat verirlər (Dəyişiklikdən öncə bu məbləğ investisiya layihəsinin 10 (on) faizi həcmində müəyyən edilmişdi).
 
 
 

DİGƏR XƏBƏRLƏR

Loading
Top