Türk Lirəsi daha da ucuzlaşdı

Birja 18 iyun 2021, 10:47

Fed-in dəyişən proqnozları ilə yüksələn dollar/TL məzənnəsi, Türkiyə Mərkəzi Bankının faiz qərarından sonra da yüksəlir. Bu gün Türkiyə Mərkəzi Bankı faizini 19% səviyyəsində saxlasa da, Prezident Rəcəb Tayyib Ərdoğanın təzyiqi ilə iyul və ya avqust ayında faiz endiriminə gedə bilər.

Karvannews xəbər verir ki, məzənnədə artım 1,3%-i aşıb. Bakı vaxtı ilə saat 19:27-də Dollar/TL məzənnəsi 8.7298 türk lirəsi səviyyəsində olub.

Fed, faizin artırılması daxil, şərtləri gözləniləndən daha erkən sərtləşdirməyə başlaya bilər. Buna dair açıqlamalar Dolların bahalaşmasına səbəb olur. Fed-in yaydığı proqnozlara görə, 2023-cü ilin sonunadək iki dəfə faiz artırılması nəzərdə tutulur. Belə bir təqvim, faizin artırılmasına bazardakı bir çox aktyorun gözlədiyindən daha erkən başlayacağına işarə edir.

Fed sədri Jerome Powell-in çərşənbə günü keçirdiyi mətbuat konfransında, maliyyə bazarlarını və iqtisadiyyatı dəstəkləmək üçün istifadə edilən qiymətli kağız alış proqramı ilə əlaqədar müzakirələrin başlaya biləcəyini söyləyib.

DİGƏR XƏBƏRLƏR

Loading
Top