Avrozona və İngiltərədən müvafiq olaraq Bakı vaxtı ilə saat 12:00 və 12:30-da dərc ediləcək biznes aktivliyi indeksləri öncəsi, foreks bazarlarında korreksiya başlayıb. Göstəricilər proqnozların üzərində dərc edilərsə, EUR/USD və GBP/USD məzənnələrində bahalaşma davam edə bilər.
Eyni tendensiya qızıl və bitkoin qiymətlərində də müşahidə edilir. Bir unsiya üzrə qiymət 1865$-ı qırarsa, 1900$-ın üzərinə yüksələ, BTC/USD məzənnəsi isə 29000$-ın üzərində qaldıqca, yeni artım dalğasının başlayacağı ehtimal edilir.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.