20 milyon manatlıq istiqrazlar premium bazar seqmentində listinqə daxil edildi

Birja 19 may 2022, 16:01
18 may 2022-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Azərbaycan Beynəlxalq Bankı"nın (ABB) ümumi dəyəri 20 milyon manat olan istiqrazları premium bazar seqmentində listinqə daxil edilib.
Birjanın yaydığı məlumatda bildirilir ki, qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
 
Faizli, təmin edilməmiş istiqrazların sayı 20 min ədəd, hər birinin nominal dəyəri 1000 manat, tədavül müddəti 24 ay, illik gəlirliliyi 6 %, ödəmə periodu hər 3 təqvim ayından birdir.
Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış hərracın baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır.
Yerləşdirmə üzrə anderrayter “ABB-İnvest İnvestisiya Şirkəti” QSC-dir.
Bildirilən qiymətli kağızlar üzrə 13 may 2022-ci il tarixində Bakı Fond Birjası və "ABB-İnvest İnvestisiya" şirkəti arasında marketmeyker müqaviləsi imzalanıb. Müqaviləyə əsasən "ABB-İnvest İnvestisiya" şirkəti AZ2001004582 dövlət qeydiyyat nömrəli qiymətli kağızların tədavül müddəti ərzində 50 min manatdan az olmayaraq gündəlik alış və satış öhdəliyini üzərinə götürüb.
 

DİGƏR XƏBƏRLƏR

Loading
Top