Dollar indeksinin əlavə 1%-ə kimi yüksələcəyi ehtimal edilir

Birja 18 iyun 2021, 13:08

Amerikada monetar siyasətin sərtləşəcəyi ehtimalları EUR/USD və GBP/USD məzənnələrində ucuzlaşmanın davam etməsinə səbəb olur. Eyni tendensiya qızılın qiymətində də müşahidə edilir. 

Beləliklə, son iki ayın maksimumuna qalxan dollar indeksinin, əlavə 1%-ə kimi yüksəlməkdə davam edəcəyi də ehtimal edilir. 

Kriptovalyuta birjalarında isə tələbin artması ilə əlaqədar bitkoinin qiyməti bahalaşdıqdan sonra korreksiyaya başlayıb. Təhlillərə əsasən, yenidən dəstək görən BTC/USD, yaxın günlərdə 44800$-a kimi də dəyər qazana bilər. Buna kimi önəmli müqavimət səviyyələri 39500$ və 41300$-dır. 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

DİGƏR XƏBƏRLƏR

Loading
Top