Cıdır düzündə “Ay Laçın” xalq mahnısı ifa olundu

QARABAĞ 19 avqust 2021, 09:01

Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) təşkilatçılığı ilə Şuşaya yollanan diaspor nümayəndələri arasında Çexiyanın Plzen Konservatoriyasında təhsil alan gənc azərbaycanlı skripkaçı Canel Nəcəfli də olub. Ən böyük arzusu Şuşada, Cıdır düzündə skripkada ifa etmək olan Canel nəhayət ki, bu arzusuna çatıb.

Komitədən verilən məlumata görə, müxtəlif beynəlxalq mükafatlara layiq görülmüş istedadlı skripkaçı Cıdır düzündə skripkada “Ay Laçın” xalq mahnısını ifa edib. Canel Nəcəflinin ifası diaspor üzvlərinə xoş təsir bağışlayıb.

Qeyd edək ki, Canel Nəcəfli hazırda Bakı Musiqi Akademiyasında Xalq Artisti, professor Zəhra Quliyevanın sinfində qiyabi və Çexiyada Plzen Konservatoriyasında professor Roman Fedçukun sinfində əyani təhsillərini davam etdirir. O, keçən il Çexiyada musiqi sahəsində “İlin adamı” mükafatına layiq görülüb./azertag.az/

DİGƏR XƏBƏRLƏR

Loading
Top