Dollar indeksi bir ayın maksimumunu yeniləyə bilər

Birja 23 sentyabr 2021, 15:00

FED-in 2021-ci il üzrə inkişaf proqnozunu 7%-dən 5.9%-ə salması və inflyasiyanı 3.4%-dən 4.2%-ə yüksəltməsi treyderləri ehtiyatlı davranmağa vadar edib. 

Belə ki, dollar indeksi Amerika sessiyasında bir ayın maksimumuna yüksəldikdən sonra Asiya sessiyasında yenidən düşüb. Lakin texniki təhlillərə əsasən, cari şəraitdə düşüş korrektiv qiymətləndirilir və dollar indeksi bir ayın maksimumunu yeniləyə bilər. 

Kriptovalyuta birjalarında isə bitkoin 40 min dolların üzərində yerində dəstək görərək bahalaşmağa başlayıb və 44600$-ın qırılması ilə bahalaşma 47800 və 53000$-a kimi davam edə bilər. Beləliklə, avro, funt sterlinq və qızılda da ucuzlaşmanın davam edəcəyi ehtimal edilir. Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 12:00 və 12:30-da müvafiq olaraq Avrozona və İngiltərədən açıqlanacaq biznes aktivliyi indeksləri də investorların diqqət mərkəzindədir. 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

DİGƏR XƏBƏRLƏR

Loading
Top