
01.05.1995-ci il tarixində Muğanlı kəndində dünyaya göz açan Aqilin vətənə olan sonsuz sevgisi onun torpaqlarımızın işğaldan azad olunması istiqamətində 44 gün davam edən Vətən müharibəsində könüllü olaraq savaşmasına sövq edib.
O, 27 oktyabr 2020-ci il tarixində Füzuli döyüşlərində şəhidlik zirvəsinə ucalıb. Doğma kəndində dəfn olunan Aqil, “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.