Sabah 2021-ci ilin ikinci Günəş tutulması baş verəcək.
N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən xəbərə görə, bu, tam Günəş tutulması olacaq. Tutulma hadisəsi 09:29:16-da başlayacaq və 13:37:26-da sona çatacaq. Tutulmanın maksimumu 11:34:38-də olacaq. Tutulma hadisəsi 4 saat 8 dəqiqə davam edəcək. Qismən tutulma hadisəsi Avstraliyanın, Afrikanın, Cənubi Amerikanın cənubu, Sakit, Atlantik, Hind okeanlarında, tam tutulma isə Antarktidada müşahidə olunacaq.
Tutulma hadisəsi Azərbaycanda müşahidə olunmayacaq.
Qeyd edək ki, ilin ilk Günəş tutulması iyunun 10-da olmuşdu.