Astronomlar Yerin yaxınlığında qəribə orbiti olan planet tapıblar

Astronomiya 26 aprel 2022, 17:19
Yer yaxınlığında yeni ekzoplanet kəşf edilib.Müşahidələrin nəticələri "arXiv" preprint repozitoriyasında dərc olunub.Bildirilir ki, yeni HD 83443 b planeti Avstraliyanın Cənubi Kvinslend Universitetinin astronomları tərəfindən müəyyən edilib.Məlumata görə, planet HD 83443 ulduzunun ətrafında qeyri-adi ekssentrik orbitdə fırlanır və bir dövrü 22 ilə tamamlayır.HD 83443 Yerdən 133 işıq ili məsafəsində yerləşir. Ekspertlərin fikrincə, o, gələcəkdə hətta kosmik missiyaların hədəfinə çevrilə bilər.Hazırda alimlər ekzoplanetin xüsusiyyətlərini daha yaxşı başa düşmək üçün bu sistemin daha da öyrənilməsinin vacibliyini vurğulayırlar

DİGƏR XƏBƏRLƏR

Loading
Top