Ağdam Sənaye Parkının ərazisi minalardan tam təmizlənib

QARABAĞ 28 aprel 2022, 16:20

Qarabağın dirçəldilməsi və sənaye potensialının inkişaf etdirilməsi məqsədilə yaradılan Ağdam Sənaye Parkında sahibkarlar üçün əlverişli investisiya mühitinin yaradılması istiqamətində işlər davam etdirilir.

İqtisadi Zonaların İnkişafı Agentliyindan verilən məlumatda bildirilir ki, 190 hektar sahəni əhatə edən Sənaye Parkının ərazisi mina və partlamamış hərbi sursatlardan tam təmizlənib. Yaxın vaxtlarda Sənaye Parkında rezidentlərin istifadəsi üçün infrastruktur sisteminin qurulması işlərinə başlanılacaqdır.

Qeyd edək ki, hazırda Ağdam Sənaye Parkında 7 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Bununla yanaşı, hazırda da Sənaye Parkının rezidenti olmaq üçün sahibkarlar tərəfindən İqtisadi Zonaların İnkişafı Agentliyinə layihələr təqdim olunur  və həmin layihələr Agentlikdə təhlil edilir.

DİGƏR XƏBƏRLƏR

Loading
Top