Aprel ayının sonunda Şuşada beynəlxalq konfrans keçiriləcək.
Karvannews xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, beynəlxalq konfrans BMTM və ADA Universitetinin təşkilatçılığı ilə keçiriləcək.
Fərid Şəfiyev onu da qeyd edib ki, Şuşada yaxın aylarda Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin beyin mərkəzlərinin iclası olacaq.