Yeni BMW modeli haqqında məlumat yayılıb

Maşınqayırma 25 may 2021, 20:00

Hazırda BMW 2 Series modelləri ön ötürməli platformaya əsaslanırlar - bunlar Active Tourer və Gran Tourer kompaktvenləri, habelə Gran Coupe sedanıdır.

Buna baxmayaraq BMW 2 Series kupesi klassik quruluşunu qoruyacaqdır! Kupenin yeni nəslinin final sınaqlarına başlanıb, şirkət isə kamuflyaja bürünmüş prototipin sınaqlar zamanı çəkilmiş şəkillərini yayımlayıb.

Yeni BMW 2 Series kupesinin istehsalına avqust ayında başlanmalıdır. Kupenin rəsmi təqdimatı yaxın vaxtlarda keçiriləcəkdir.

DİGƏR XƏBƏRLƏR

Loading
Top