Toyota Taylanddakı zavodlarında istehsalı dayandırdı

Maşınqayırma 23 iyul 2021, 17:22

Toyota Motor, ehtiyat hissələri tədarükü problemi səbəbilə Taylanddakı zavodlarına istehsalı təxirə saldığını açıqlayıb.

Yapon istehsalçı, Taylandın paytaxtı Bangkok şəhəri ətrafında olan üç zavodunda istehsalı dayandırıb.

İllik istehsal gücü 760 min ədədə çatan zavodlarda ehtiyat hissələri tədarükü problemindən qaynaqlanan fasilə 28 İyula qədər davam edəcək.

Toyota, Yaponiyanın Aiçi əyalətində olan Toyota Avto Body zavodunda da istehsalı avqustun əvvəlində 5 gün müddətinə dayandıracaq.

Aiçi zavodundakı fasilənin Alphard və Vellfire modellərini təsir edəcəyi bildirilib./marja/

DİGƏR XƏBƏRLƏR

Loading
Top