Bu ilin noyabr ayında Azərbaycanda "Facebook" sosial şəbəkə istifadəçilərinin sayı oktyabr ayı ilə müqayisədə 3% artıb.
Dekabrın 1-i tarixinə ölkə üzrə 5 230 100 nəfər aktiv "Facebook" istifadəçisi qeydə alınıb ki, bu da ölkə əhalisinin 50,9%-ni təşkil edir.
Ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə "Facebook" istifadəçilərinin sayı 40,5% və ya 1 509 100 nəfər artıb. İstifadəçilərin 64,7%-i kişilər, 35,3%-i isə qadınlardır.