“WhatsApp”dan daha bir yenilik

İT texnologiyası 29 mart 2022, 16:01

“WhatsApp” messencer vasitəsilə 2GB-a qədər faylların göndərilməsi imkanını sınaqdan keçirməyə başlayıb.

Məlumata görə, yenilik Argentinada az sayda istifadəçi üçün sınaqdan keçirilir. Hazırda “WhatsApp”da bu həcm yalnız 100MB ölçü ilə məhdudlaşır.

Yeni funksiyanın gələcəkdə daha çox istifadəçiyə təqdim edilməsi planlaşdırılır. Lakin hələlik yalnız sınaq testləri keçirildiyi üçün messencer onun nəticələrinə əsasən qərarı ləğv edə bilər.

DİGƏR XƏBƏRLƏR

Loading
Top