Aprelin 30-dan bu telefonlarda “WhatsApp” işləməyəcək – SİYAHI

İT texnologiyası 28 aprel 2022, 18:00

Ani mesajlaşma proqramı WhatsApp bəzi Android və iPhone modellərini dəstəkləməyi dayandıracağını açıqlayıb.

Aprelin 30-dan etibarən WhatsApp bəzi modellərdə işləməyəcək.

WhatsApp bəzi əməliyyat sistemlərinin artıq istifadə olunmayacağını və bu sistemlə işləyən telefon, planşet, kompüter kimi cihazları dəstəkləyə bilməyəcəyini bildirərək, istifadəçilərini mütəmadi olaraq cihazlarını və ya əməliyyat sistemlərini yeniləməyə dəvət edir.

WHATSAPP HANSI TELEFONLARDA İŞLƏMƏYƏCƏK?

  • Android Ice Cream Sandwich əməliyyat sistemi ilə işləyən mobil telefonlar
  • Android 4.1 və daha aşağı əməliyyat sistemi olan cihazlar
  • iOS 10 və ya daha aşağı əməliyyat sistemləri ilə işləyən cihazlar artıq WhatsApp-dan istifadə edə bilməyəcək.
  • Android-in Apple Pie, Banan Bread, Cupcake 1.5, Donut 1.6, Eclair 2.0, Froyo 2.2, Gingerbread 2.3, Honeycomb 3.0 və Ice Cream Sandwich 4.0 versiyalarından istifadə edənlər WhatsApp-la vidalaşacaqlar.

DİGƏR XƏBƏRLƏR

Loading
Top